“İkinci hissədə komandam inanılmaz oyun göstərdi. Futbola minnətdar olmalıyıq ki, heç yerdə yaşaya bilməyəcəyimiz emosiyaları bizə verir. Hamıya təşəkkür edirəm. Duyğularımı təsvir etmək çətindir”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri bu sözləri “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinalının “Ayaks”la cavab matçından sonra mətbuat konfransında deyib.
Argentinalı mütəxəssis komandasının möhtəşəm qələbəsini şərh edərkənn daha sonra sözlərinə belə davam edib:
“Bu komandanın baş məşqçisi olduğum üçün şadam. “Tottenhem”in bütün futbolçuları qəhrəmandır. Moura isə superqəhramandır”.