“InStat” şirkəti Topaz Premyer Liqada ikinci turun rəmzi komandasını açıqlayıb.
İdmanxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, rəmzi 11-likdə “Qarabağ”dan 5, “Sumqayıt”dan 3, “Zirə”dən 2 “Keşlə”dən isə 1 futbolçu yer alıb.
Qapıçı: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”)
Müdafiəçilər: Vanderson (“Zirə”), Şəhriyar Əliyev (“Sumqayıt”), Yakub Jezniçak, Abbas Hüseynov (hər ikisi “Qarabağ”)
Yarımmüdafiəçilər: Mahir Mədətov, Filip Ozobiç (hər ikisi “Qarabağ”), Əli Babayev, Arif Daşdəmirov (hər ikisi “Sumqayıt”)
Hücumçular: Marko Deviç (“Zirə”), Andre Klennon (“Keşlə”)