Dünya futbolu

“Şerif”in baş məşqçisi: “Təəssüflənirəm ki, ikinci qolu vura bilmədik”

Sabliç oyunlarından razı qalıb.

İdmanxeber.az-ın məlumatına görə, Dünən Avroliqasının pley-off mərhələsinin ilk oyununda “Şerif” komnadası təmsilçimiz “Qarabağ”ı qəbul edib. Qarşılaşmada 1-0 hesabı ilə qələbə qazanan Moldoviya klubunun baş məşqçısı Qoran Sabliç  oyunun ardından açıqlama verib. O, oyunçularının çalışdıqları hər şeyi etdiklərini bildirib:

“Komandamı təbrik edirəm. Demək olar ki, çalışdığımız hər şeyi edə bildik. Topu qəsdən “Qarabağ”a verərək, ümidlərimizi əks-hücuma bağladıq.  Təəssüflənirəm ki, yetərincə gücümüz olan vaxtı ikinci qolu vura bilmədik. Bu gün futbolçularım belə güclü bir rəqibə qarşı oynadıqları oyunla nəyə qadir olduqlarını göstərdi. İndi cavab oyuna hazırlaşacayıq. Bir həftədir rəqibin oyunlarını izləyirik. Oyunlarında heç bir dəyişiklik görmədim. Bu cür rəqiblərə qarşı ərazı üstünlüyünə sahib olmaq çox çətindir. Bəli, top daima onlarda olsa da, təhlükəli qol epizodları yarada bilmədilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43