22 Dekabr 2024
Kateqoriyasız

“Trabzonspor” Mahir Emrelini bəyəndi

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində millimizin Xorvatiya ilə keçirdiyi oyunu izkləyənləar arasında “Trabzonspor”un skautları da olub.

İdmanxeber.az-ın məlumatına görə, Qaradəniz təmsilçisinin rəsmiləri Mahir Emrelinin oyununu yaxından izkləmək üçün “Bakcell Arena”ya gəliblər. Heç-heçə başa çatan qarşılaşmada “Trabzonspor”un rəsmiləri Emrelinin çıxışını bəyəniblər.

“Fotospor”da çıxan xəbərdə qeyd olunur ki, onların gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtardığı bildirilib.

Xatırladaq ki,  Türkiyə mətbuatında daha əvvəl də “Trabzonspor”un Mahir Emreli ilə maraqlandığı yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43