Cənubi Azərbaycanın “Traktorsazi” klubu adını dəyişib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi “facebook” hesabı xəbər yayıb. Məlumatda bildirilir ki, Təbriz klubu adındakı “Sazi” sözünü “Azərbaycan”la əvəzləyib.
Beləliklə, komanda bundan sonra İran çempionatında “Traktor Azərbaycan” adı altında çıxış edəcək.