Ölkə futbolu

“Turan Tovuz” və “Qarabağ” qələbə qazandı – YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Turan Tovuz” doğma azarkeşləri önündə “Sabah”ı qəbul edib. Görüş ev sahiblərinin qələbəsiylə başa çatıb – 2:0. Bölgə klubu bu qələbəylə xalını 39-a yüksəldərək 6-cı yerə yüksəlib, paytaxt təmsilçisi isə 40 xalla beşinci pillədə qərarlaşıb.

İkinci görüşdə çempionluğu rəsmiləşdirən “Qarabağ” “Səbail”i sınağa çəkib. Görüş Ağdam klubunun üstünlüyü ilə başa çatıb – 4:2. “Köhlən atlar”ın 72 xalı var. “Dənizçilər” isə 38 xalla yeddincidir.

Azərbaycan Premyer Liqası

XXIX tur

6 aprel

16:00. “Turan Tovuz” – “Sabah” 2:0

Qollar: Aleks 27, Otto Con 84 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.

Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Səbail” 4:2

Qollar: Benzia 15, 40, Medina, Toral Bayramov 69 (p), Nəriman Axundzadə 90  – Bardea 7, Rüfət Abdullazadə 88

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.

Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, ötən gün “Kəpəz” “Araz-Naxçıvan”a qalib gəlib – 2:1. Tura aprelin 7-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43