Ölkə futbolu

“Turan Tovuz”un zədələnən futbolçusunun SON DURUMU

“Turan Tovuz”un zədəli futbolçusunun durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “Şamaxı” oyunu öncəsində zədələnən Eltun Turabov görüşün ikinci hissəsində əvəzlənmişdi. 25 yaşlı oyunçunun durumuna aydınlıq gəlib.

Turabovun zədəsində ciddi bir durum olmadığı bildirilir. O,  baş məşqçi Ayxan Abbasovun şans verəcəyi təqdirdə qarşıdakı oyunlarda meydana çıxa biləcək.

“Turan Tovuz” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43