Ölkə futbolu

Türk məşqçi Böyükağa Hacıyevə “ilişdi”

“Qarabağ” və “Neftçi” klublarının sabiq fiziki hazırlıq üzrə məşqçisi Mehmet Ak maraqlı açıqlama verib. Berti Foqtsun Azərbaycan yığmasından getməsini istəyən türkiyəli çalışdırıcı nədənsə bu posta Böyükağa Hacıyevi layiq hesab etmir: “Foqts çalışdığı müddətdə Azərbaycan futboluna heç nə qazandırmadı. Əgər millinin 9 xal toplaması böyük uğurdursa, onda Foqtsla ömrünün sonuna kimi müqavilə imzalasınlar. Azərbaycan yığması qrupda 3-cü yeri tutmalı idi. Məncə, Foqtsun yerinə azərbaycanlı məşqçi gətirmək lazımdır. İki namizədim var: Qurban Qurbanov və Arif Əsədov. O ki qaldı Böyükağa Hacıyevə, millini çalışdırmaq onun görə biləcəyi iş deyil. Hacıyev bu işin öhdəsindən gələ bilməz, çünki yığmaya başçılıq etmək əziyyətli işdir”. (forvard)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43