Premyer Liqanın 14-cü turunda doğma azarkeşləri qarşısında “Simurq”u qonaq edəcək “Sumqayıt” klubu 3 günlük istirahətin ardından sabahdan məşqlərə start verəcək. Aqil Məmmədovun komandası sabahdan etibarən gündə iki dəfə olmaqla hazırlaşacaq.
“Sumqayıt” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə ərəfəsində, noyabrın 16-da “İnter”lə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 18:00-da “Şəfa” stadionunda baş tutacaq.