Ölkə futbolu

Rəşad Sadıqov millidən kənarlaşdırıldı

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandası daha bir ciddi itki ilə üzləşib.

AFFA-nın saytına istinadən verdiyimiz məlumata görə, Əfran İsmayılovdan sonra millimizin kapitanı Rəşad Sadıqov da zədəli olduğu üçün heyətdən kənarlaşdırılıb.

Xatırladaq ki, millimiz noyabrın 15-də Estoniya, noyabrın 19-da isə Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43