Topaz Premyer Liqasının VII turunda “Qarabağ” səfərdə “İnter”lə qarşılaşıb.
İdmanxeber.com-un məlumatına görə, oyun meydan sahiblrinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Oyunda baş hakimin təyin etdiyi penaltini düzgün saymayan Qurban Qurbanov futbolçusu Elvin Məmmədova topu qapıya vurmamağı tapşırmışdı. Bu hadisə türk mətbuatının da diqqətindən qaçmayıb. Məşhur idman portalı “fanatik.com.tr” bu haqda “Alqışlar Elvin Məmmədova” başlıqlı XƏBƏR dərc edib.