Dünya futbolu

“Türkiyə futbolçuların tətilə və pul qazanmağa getdiyi qəbiristanlıqdır”

“Mançester Yunayted”ın sabiq futbolçusu Pol Parker İngiltərə mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, niderlandlı futbolçu Vot Veqorstun zaman keçdikcə özünü daha yaxşı tərəfdən göstərəcəyini bildirib. O, Türkiyə Super Liqası barədə da danışıb:

“Veqorsta qarşı çox sərt davranırlar. Sadəcə üç oyun geridə qalıb. Bilirəm, bura “Mançester Yunayted”dir. Daim təzyiq altında olursan. Bütün futbolçular 24 saat boyunca ancaq çalışmaq barədə düşünməlidir. Unutmayaq ki, o, Ronaldo deyil. Ola bilər ki, portuqaliyalı çox yaxşı futbolçu idi. Ancaq Veqorst da nəsə etməyə cəhd edir.

Ronaldonu sevənlər hücumçuya şər atırlar, onu daim söyürlər. Bu, biabırçılıqdır. Veqorst Premyer Liqaya uyğunlaşmalıdır. O, “Beşiktaş”dan bura gəlib. Türkiyə liqası isə futbolçuların daha çox tətilə və pul qazanmağa getdiyi bir qəbiristanlıqdır”.

Veqorst mövsümün yarısını icarə əsasında İstanbul klubunda keçirib.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43