İdman

Rüstəm Orucov Qran-pri turnirində iştirak etməyəcək

Azərbaycan cüdoçusu Rüstəm Orucov Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pri turnirində iştirak etməyəcək.

İdmanxeber.az-ın məlumata görə, 81 kq çəki dərəcəsində yer alan idmançı xəstələndiyi üçün milli komandanın həkiminin qərarına əsasən tatamiyə çıxmayacaq.

Yarışdan öncə 38 dərəcədən yuxarı qızdırması olan Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb döşəyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43