Beynəlxalq Arbitraj məhkəməsinin yeni qərarına əsasən “Fənərbağça”nın ardından Türkiyənin daha bir klubu avrokuboklardan uzaqlaşdırılıb.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, “Beşiktaş” klubu 1 il qitə miqyaslı turnirlərdə iştirak edə bilməyəcək.
“Beşiktaş”ın avrokubokulardan qovulduğuna görə, bu klubun əvəzinə qrupda “Tromse” iştirak edəcək.
Qeyd edək ki, dünən keçirilən oyunun yekun nəticəsi türk təmsilçisini qrup mərhələsinə daşıyırdı.