“Avro-2016″nın seçmə mərhələsinin Türkiyə – Qazaxıstan matçındna öncə xoşagəlməz hadisə baş verib.
İdmanxeber.com-un məlumatına görə, “TT Arena”da isinmə hərəkəti edən “ay-ulduzlular”ın qolkiperi bir qrup azarkeş tərəfindən söyüşlərlə təhqir edilib.
“Fənərbağça”nın qapıçısı azarkeşlərə üzünü tutaraq sakit olmalarını istəyib. Lakin bunun nəticəsi olmayınca Volkan öncə meydanı, daha sonra isə stadionu tərk edib.