Futbol üzrə Türkiyə Superliqasında I turun oyunları davam edir.
İkinci oyun günündə daha üç qarşılaşma baş tutub.
Doğma meydanda "Kasımpaşa" ilə qarşılaşan "Karabükspor" rəqibini iki cavabsız qolla məğlub edib – 2:0. "Fənərbaxça" "Konyaspor"la səfər qarşılaşmasında 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, sonda görüşdən məğlub ayrılıb – 2:3.
Qeyd edək ki, Superliqada I tura avqustun 19-da keçiriləcək iki oyunla yekun vurulacaq.
17 avqust
Türkiyə Superliqası, I tur
"Rizespor" – "Gənclərbirliyi" – 1:0
Qol: Kaya, 31 (1:0)
"Karabükspor" – "Kasımpaşa" – 2:0
Qollar: Unal, 42 (1:0), Lualua, 55 (2:0)
"Konyaspor" – "Fənərbaxça" – 3:2
Qollar: Yobo, 16 (0:1), Əmrə, 27-pen (0:2), Borek, 76 (1:2), Camdalı, 78 (2:2), Aydın, 87 (3:2)
18 avqust
"Akhisar Bələdiyəspor" – "Elazığspor"
"Eskişehirspor" – "Bursaspor"
"Beşiktaş" – "Trabzonspor"
19 avqust
"Kayserispor" – "Sivasspor"
"Qalatasaray" – "Qaziantepspor"
16 avqust
"Antalyaspor" – "Kayseri Erciyesspor" – 0:0