Kateqoriyasız

Turun mərkəzi qarşılaşması Əliyar Ağayevə tapşırıldı (TƏYİNATLAR)

Azərbaycan Premyer Liqasının 30-cu turun hakim təyinatları müəyyənləşib.

Turun mərkəzi qarşılaşması olan “Neftçi” – “Qəbələ” matçını Əliyar Ağayev idarə edəcək.

17 aprel (cümə)

“Bakı” – “İnter”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00

AZAL – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov

“AZAL Arena”, 16:00

“Simurq” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov

Zaqatala şəhər stadionu, 18:00

“Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
“Bakcell Arena“, 20:00 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43