“Biz klub olaraq əlimizdən gələni etdik ki, tutulan azarkeşlərimiz buraxılsın. Buna görə də, 7 nəfərdən ikisinin buraxılmasına nail ola bildik. Digər 5 nəfərə bir müddətlik saxlanılıb və çalışırıq ki, həmin azarkeşlərimiz də azadlıqa çıxsın. Biz hər zaman olduğu kimi yenə azarkeşlərimizin arxasındayıq”.
Bus sözləri idmanxeber.com-a “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Cənub klubunun rəsmisi “Böyük oyun”dan sonra İK-in çıxartdığı qərarlara qarşılıq bunları dedi:
“Biz öz tərəfimizdən, klub olaraq AFFA-ya təşəkkür edirik. Lənkəranlı fanatları futboldan məhrum etmədi və qarşıdakı ev oyunlarında fanatlarımız “Xəzər Lənkəran”a dəstək ola bilərlər. Ancaq digər qərarlara görə iə biz apelyasiyaya şikayət edəcəyik”.
Səxavət QURBANOV