“Xuan Kamilo Sunyiqanı günahlandırmaq istəmirəm. Ancaq onun Neymara qarşı etdiyi hərəkət ağılsızlıq idi. Həmin epizodun videoyazısını görməmişəm. Lakin həmin anda top Neymarda idi və ondan bunu almaq çox çətindi. Özüm də müdafiəçiyəm və bilirəm ki, belə epizodlarda ehtiyatlı oynamaq lazımdı”.
Bu sözləri Braziliya millisinin müdafiəçisi Tyaqo Silva DÇ-2014-ün 1/4 finalında Kolumbiyanı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə komanda yoldaşı Neymarın zədələnməsinə münasibət bildirərkən deyib.
Sarı vərəqə limitini doldurması səbəbindən Almaniyaya qarşı yarımfinal oyununu buraxacaq təcrübəli müdafiəçi sözlərinə belə davam edib:
“Bu, bizim üçün bir inqlab ola bilər. Artıq biz dünya kubokunu Neymar üçün qazanmalıyıq. O da bu anı gözləyirdi, buna görə artıq öz gücümüzü nümayiş etdirməyin vaxtıdı. Almaniya ilə görüşdə mənim və Neymarın olmaması komandanı bir qədər zəiflədə bilər. Lakin Braziliya millisi nəyə qadir olduğunu göstərməlidi”.
dailysport