Ölkə futbolu

“Uduzanda çox şeydən danışmaq olmur” – Azər Bağırov

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Sabah” məğlubiyyətinin ardından mətbuat konfransl keçirib.

İdmanxeber.az mütəxəssisin fikirləri ilə sizi tanış edir:

“Uduzanda çox şeydən danışmaq olmur. Səhvləri komanda ilə birgə müzakirə edəcəyik. Meydanda görmək istəmədiyimiz hallar oldu. Futbolçulara “Sabah”ın daha çox əks-hücumlarda oynayacağını demişdik, ancaq meydanda tam fərqli vəziyyət gördük. İkinci hissədə üstün olduğumuz vaxtda qol vura bilmədik, bu azmış kimi, hakimlər də bəzən yaramıza duz səpirlər. Onlar haqda çox danışmaq istəmirəm.

Heyətin yetərsiz olduğunu deyə bilmərəm, əsas odur ki, əlində olan “material”dan istifadə edəsən. Edə bilmirsənsə, bunu bəhanə etmə. Orxan həmin epizoddan düzgün istifadə edib qol vura bilsəydi, oyunun axarı fərqli olacaqdı. Səhvlər üzərində işləməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43