Ölkə futbolu

“Yeni baş məşqçi ilə bağlı mənim məlumatım yoxdur”

“Həftə ərzində oyunçularımıza rəqibin üstün və zəif tərəflərini göstərmişdik. Onları təbrik edirəm. Göstərişlərə əməl etdilər. Birinci hissədə qol epizodlarımız çox idi. İstifadə edə bilmədik. İkinci yarıda oyun bir az bərabərləşdi. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bildik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın məşqçisi Ruslan Qafitullin “Araz Naxçıvan” görüşü (1:0) sonrası deyib. O, daha sonra belə davam edib:

Yeni baş məşqçi ilə bağlı mənim məlumatım yoxdur. Nəsə deyə bilmərəm. Hakimlərlə bağlı da danışmağı xoşlamıram. Bəzi məqamlarda narazı idik. Rəqibin cərimə meydançasında futbolçumuza açıq ayaqla vurdular”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43