UEFA “Avro-2016″nın qrup mərhələsi çərçivəsində keçirilən Serbiya – Albaniya oynunda bayraq qalmaqalı ilə əlaqədar matçda yaranmış gərginliyə öz qərarını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, bu matçda hər iki milli 100 min avro cərimələnib. Serbiya millisinin hesabından üç xal silinib və milliyə növbəti iki oyunda azarkeşsiz oynamaq cəzasi verilib. Albaniya millisinə isə texniki məğlubiyyət verilib.
Qeyd edək ki, matç zamanı baş verən hadisəyə səbəb Serbiyadan ayrılan Kosova ərazisinində yer aldığı Albaniya bayrağının stadiona endirilməsi olub.