Milli komanda

UEFA açıqladı: Millimiz yeni reytinq siyahısında neçəncidi?

UEFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi milli komandamızın mövqeyində dəyişiklik olmayıb.

Komandamız 17,586 xalla 41-ci pillədə qərarlaşıb.

54 komandanın yer aldığı siyahıda Almaniya birinci, İspaniya ikincidi. İngiltərə millisi isə ilk üçlüyü qapayır.

Sonda onu da qeyd edək ki, siyahıda millimizdən sonrakı pillələri Gürcüstan, Latviya, Moldova, Kipr, Makedoniya, Lüksemburq, Farer adaları, Lixtenşteyn, Qazaxıstan, Malta, Andorra, San Marino və Cəbəllütariq yığmaları tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43