Kateqoriyasız

Özbəkistanlı futbolçu rəsmən “Rəvan”da

“Rəvan” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bir həftə baxışda olan özbəkistanlı Alibobo Raxmatullayevlə müqavilə bağlanıb.

Azad agent statusu daşıyan 24 yaşlı yarımmüdafiəçi 1,5 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, Özbəkistan millisinin heyətindən bir oyun keçirən A.Raxmatullayev “Rəvan”da 10 nömrəli forma ilə çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43