Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ın Kiprdə APOEL-lə matçı xüsusi diqqətdə saxlanılır.
İdmanxeber.az-ın məlumatına görə, UEFA bu matçı vacib oyunlar kateqoriyasına daxil edib. Buna səbəb “Qarabağ”ın Lüksemburqda “Düdelanj”la oyununda baş verən dron təxribatıdır.
Qeyd edək ki, APOEL – “Qarabağ” matçı noyabrın 7-i Nikosiyadakı GSP stadionunda keçirilib.