Azərbaycanlı hakimlər beynəlхalq arenada daha bir təyinat alıb.
İdmanxeber.com-un məlumatına görə, Əliyar Ağayev sabah UEFA Gənclər Liqasının oyununu idarə edəcək.
Belə ki, FIFA referisi “Zenit” (Rusiya) – “Lion” (Fransa) oyununa təyinat alıb.
Sankt-Peterburqda keçiriləcək matçda Ağayevə Mübariz Haşımovla Knyaz Əmiraslanov yardım edəcək. 4-cü hakim isə rusiyalı Kirill Levnikov olacaq.