Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.
İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə – 5 ulduzla qiymətləndiriblər.
Xatırladaq ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu yerli vaxtla saat 23:00-da başlayacaq.