UEFA Türkiyənin “Beşiktaş” və Yunanıstanın “Olimpiakos” klubları ilə bağlı qərar qəbul edib.
İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının 1/8 finalında bir-birinə rəqib olan komandalar səfər matçlarında azarkeş dəstəyindən məhrum olacaq. Bu barədə məlumatı İstanbul təmsilçisinin rəsmi saytı yayıb.
Qitənin ali futbol qurumu təhlükəsizlik məqsədi ilə belə bir qərar qəbul edib.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab görüşlər isə 16-da keçiriləcək.