UEFA "Qarabağ"a bu klubun Topaz Premyer Liqası çərçivəsində oktyabrın 4-də keçirdiyi oyunla bağlı məktub göndərib.
İdmanxeber.comun məlumatına görə, məktubda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun öz oyunçusu Elvin Məmmədova baş hakimin təyin etdiyi penaltini bayıra vurmaq göstərişinin alqışalayiq olduğu vurğulanıb.
Qeyd edilib ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu hadisə ilə bağlı UEFA-nı məlumatlandırıb və Avropanın ali futbol qurumu bu cür "fair play" davranışlarını hər zaman təqdir edib, bu cür nümunələrin geniş təbliğində maraqlıdır. (korner.az)