Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu UEFA-dan şok xəbər alıb.
İdmanxeber.com-un məlumatına görə, qurum komandanın kapitanı Ariyen Ademini sərt cəzalandırıb. Makedoniya əsilli futbolçu dopinqdən istifadə etdiyi üçün 4 il futboldan uzaq qalmalı olacaq.
UEFA Çempionlar Liqasında “Arsenal”la oyundan sonra test verən 24 yaşlı yarımmüdafiəçinin qanında dopinq aşkarlanıb.