21 Noyabr 2024
Dünya futbolu

UEFA Kosovoya texniki məğlubiyyət verdi

UEFA Kosovo milli komandasına texniki məğlubiyyət verib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Millətlər Liqası V turunda Rumıniya ilə səfər matçında baş verənlər olub. Belə ki, ev sahibi azarkeşlərin siyasi şüarlar səsləndirməsi kosovolu futbolçuların təpkisinə yol açıb.

Onlar buna etiraz edərək meydanı vaxtından əvvəl tərk edib.

Buna görə də komandaya texniki məğlubiyyət verilib, Kosovo Futbol Federasiyası 6 min avro məbləğində cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43