Kateqoriyasız

UEFA “Qarabağ”ın milyonlarını göndərdi

“Qarabağ”ın UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi bu mövsüm avrokuboklarda iştiraka görə aşağıdakı məbləğləri alıb.

– 5,000,000 (beş milyon) avro – UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə (ÇL-in qrup mərhələsinə adlaya bilməyən klubar üçün);

– 3,400,000 (üç milyon dörd yüz min) avro – UEFA Avropa Liqasında iştirak üçün ilkin ödəniş;

– 2,244,000 (iki milyon iki yüz qırx dörd min) avro – UEFA Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən).

Avropa Liqasının G qrupunda Azərbaycan çempionu “Nant” (Fransa), “Frayburq” (Almaniya) və “Olimpiakos”la (Yunanıstan) mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43