İdman

UEFA “Skenderbeu”ya elə bir cəza verməyə hazırlaşır ki…

UEFA son Albaniya çempionu “Skenderbeu”nu 10 il müddətinə avrokuboklardan kənarlaşdıra bilər.

İdmanxeber.com-un məlumatına görə, buna klubun danışılmış oyunlarda iştirak etməsi səbəbdir. UEFA müfəttişlərinin hazırladıqları raporta görə, Korçe təmsilçisinin danışılmış oyunlarda iştirakıyla bağlı faktlar ortaya qoyub. 88 səhifəlik raportda 50-dən çox danışılmış oyunun adları qeyd edilib və UEFA İcraiyyə Komitəsinə göndərilib. Yayılan məlumata görə, UEFA Albaniya təmsilçisini 10 il avrokuboklardan uzaqlaşdıracaq və 1 milyon avro cərimə edəcək. Tarixi cəzanının tezliklə açıqlanacağı gözlənilir.

 Xatırladaq ki, “Skenderbeu” 2016/17 mövsümündə 1 il avrokuboklardan kənarlaşdırılmışdı və çempionluğu əlindən alınmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43