Ukraynanın kişilərdən ibarət qılıncoynatma millisinə dünya kubokunda texniki məğlubiyyət verilib.
İdmanxeber.az “sport.ua” saytına istinadən xəbər verir ki, Misirin paytaxtı Qahirədə keçirilən yarışda Ukrayna millisinin üzvləri Rusiya ilə 1/8 final görüşünə çıxmaqdan imtina edib.
Ukraynalı idmançılar ruslarla qarşılaşmaqdan imtina etdikləri üçün texniki məğlubiyyət alıblar.
Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.