Dünya futbolu

Ukraynada çempionat dayandırıldı

Ukraynada baş verən siyasi gərginliklər digər sahələrdə də biruzə verib.

İdmanxeber.com-un məlumatına görə, baş vermiş hadisələrə görə fevralın 28-də start götürəcək futbol üzrə ölkə çempionatının 2-ci dövrəsinin oyunları təxirə salınıb. Görüşlərin nə vaxt keçiriləcəyi dəqiq məlum deyil.

Qeyd edək ki, çempionatın qarşıdakı bir neçə turu da təxirə salına bilər.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43