“LA Qalaksi” formasını geyən Robbi Kinin müqaviləsi dekabr ayında başa çatır.
İdmanxeber.com-un məlumatına görə, irlandiyalı futbolçu karyerasına ABŞ-da davam etməmək qərarı alıb. 2011-ci ildə “Tottenhem”dən transfer edilən Kin, avqust ayında milli komandaya da vida etmişdi.
Kin, “Burada möcüzəvi beş il keçirdiyimi söyləyə bilərəm. Üç MLS Kuboku qazandım. 100-dən çox qol atdım. 2014-cü ildə ən yaxşı futbolçu seçildim. Geriyə baxdığım zaman qürur duyuram”, – deyə bildirib. 36 yaşlı futbolçu, 5 mövsümdə əlavə olaraq 51 asist edib, 4 dəfə komandanın ən yaxşı oyunçusu seçilib.
“LA Qalaksi”nin baş məşqçisi Brus Arena, “Kin hər şeyini komanda üçün verdi. Onun səyini sözlərlə ifadə etmək çətindir”, deyərək futbolçusunun dəyərinin çox böyük olduğunu qeyd edib.