22 Dekabr 2024
Dünyadan

Ulduz futbolçunun “Beşiktaş” transferi baş tutmadı

Türkiyə təmsilçisi "Beşiktaş"a "Milan"la müqaviləsi başa çatan Maykl Esyen təklif edilib.

İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiəçinin "qara qartallar"dan illik 4 milyon avro qazanmaq şərti ilə üç illik müqavilə tələb etdiyi iddia olunur.

Ancaq futbolçunun ciddi zədə alması səbəbindən "Besiktaş" onu transfer etmək istəmədiyini bildirib.

Qeyd edək ki, "Milan" a qış transfer pəncərəsində "Çelsi" dən icarəyə götürülən futbolçu bu klubun forması ilə cəmi 6 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43