İdman

Umut Bulut yeni rekord üçün 4 qol axtarışında

“Ankaragücü” “Qalasataray”, “Trabzonspor” və “Tuluza” kollektivlərində top qovan hücumçu Umut Bulut hazırda karyerasını “Kayserispor”da davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, superliqanın başa çatmasına 11 tur qaldığı bir müddətdə 13 qola imza atan 34 yaşlı forvard bu günə qədər ən yaxşı halda 16 dəfə rəqib qapılarına yol tapa bilib.

Bu isə o deməkdi ki, qarşıdakı 11 tur ərzində Umutun vuracağı 4 qol onun karyerası üçün yeni rekord olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43