İdman

Daha bir tanınmış futbolçu Çinin yolunu tutdu

Çin Super Liqasında mübarizə aparan “Beijing Guoan” klubu İspaniya “Vilyarreal”ında çıxış edən Sedrik Bakambunu transfer edib. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçunun transferi üçün İspaniya klubuna 74 milyon avro ödənilib. Konqolu futbolçunun özü isə Çin klubunda ilinə 18 milyon avro qazanacaq.


Karyerasına Fransanın “Soşo” klubunda başlayan Bakambu, 2014-cü ildə Türkiyənin “Bursaspor” komandasına transfer edilsə də, burada cəmi bir mövsüm çıxış etmiş və “Vilyarreal”a üz tutmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43