İdman

“Neftçi”nin zədəlisi sıraya döndü

Türkiyədə təlim-məşq toplanışı zamanı 21 yaşlı futbolçulardan ibarət millimizin heyətində zədə alan Elnur Cəfərov sıraya  dönüb.

“Neftçi” klubundan İdmanxeber.com-a verilən məlumata görə,  gənc yarımmüdafiəçi dünən komandaya qoşulub və digər futbolçularla birgə məşqlərə start verib. Baş məşqçi Tərlan Əhmədov şans verəcəyi təqdirdə Elnur “Qəbələ”yə qarşı matçda forma geyinə bilər. 

Bundan başqa, Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt”la matçda qırmızı  vərəqə görən və 3 oyunluq cəzalandırılan Rəşad Sadiqovun “Qəbələ”yə qarşı oynamayacağı dəqiqdi.

Burnundan əməliyyat olunan Məhəmməd Mirzəbəyov isə fərdi məşqlərlə kifayətlənir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43