"DÇ-2014"də baş verən Suares olayına Uruqvay prezidenti də biganə qalmayıb.
İdmanxeber.com-un məlumatına görə, Uruqvay prezidenti Xose Muxika Suaresin məlum hadisədən sonra psixiatr yanına göndərilməli olduğunu söyləyib. Suaresin başında problem olduğunu bildirən prezident sözlərinə belə yekun vurub:
“Məsələ ondadır ki, o, çox kasıb ailədə doğulub. Suares qəzəbli halda lazım olmayan addımlar ata bilər”.