Ispaniyanın “Valensiya” klubu ötən mövsüm komanda da icarə əsasında çıxış edən Rodriqo Morenonun transferini birdəfəlik həll edib.
İdmanxeber.com-un məlumatına görə, müqaviləyə əsasən “Benfika”ya məxsus olan futbolçu 30 milyon avro qarşılığında La Liqa təmsilçisi ilə müqavilə bağlayıb.
“Valensiya”nın rəsmi saytına müsahibə verən futbolçu bunları dilə gətirib: “Keçirdiyim bir sezonun ardından yenidən bu klubda qaldığım üçün sevincliyəm. Bundan sonra tam gücümüzlə Çempionlar Liqasında qruplara qalmağı hədəfləyəcəyik”.
Qeyd edək ki, Rodriqo Moreno ötən mövsüm 32 oyunda 4 qol vurmuş və 5 asist etmişdi.