Kateqoriyasız

“Qarabağ” iki futbolçusunu debütanta verir

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Kəpəz” “Qarabağ”ın iki futbolçusunu heyətinə qatmağa çox yaxındı.

İdmanxeber.com-un məlumatına görə, Gəncə təmsilçisi Şəhriyar Əliyev və Tərlan Quliyevlə razlığa gəlib.

Ağdam klubu hər iki futbolçusunu debütanta icarə əsasında verir.

Yaxın günlərəd hər iki futbolçunun keçidi rəsmiləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43