Seneqal və BƏƏ yığmalarının sabiq baş məşqçisi Bruno Metsü vəfat edib. O, səhər radələrində Fransanın Dunkirk şəhərindəki evində dünyaya gözlərini yumub.
Çalışdırıcı xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Uzun sürən xəstəlik onu taqətdən salıb və buna görə o, 2012-ci ildə təyin olunduğu “Əl Vasl” klubunda işləməkdən imtina edib.
Xatırladaq ki, Metsü bir vaxtlar Fransanın “Lill” və İspaniyanın “Valensiya” klubunu çalışdırıb.