Ölkə futbolu

Vaqif Cavadov “İnter”də qalır, ya yox? – ÖZƏL + AÇIQLAMA

Bu mövsüm “İnter”də uğurlu oyun sərgiləyən Vaqif Cavadovun yayda “bankirlər”lə bitəcək müqaviləsinin yenilənib-yenilənməməsi hələ də açıq olaraq qalır.

İdmanxeber.com-un məlumatına görə, bu mövsüm vurduğu 13 qolla bombardirlər cədvəlində yalnız Reynaldodan geri qalan Cavadova saytımıza açıqlamasında iddialı klublardan təklif aldığını ancaq Bank klubu ilə yola davam etməkdə maraqlı olduğunu bildirib:

“İdidalı klublardan təkliflər var. Ancaq mən burada qalmaq istəyirəm. Danışıqlar gedir. son sözü mövsüm bitəndə söyləmək olar. Hələ ki, konkret bir şey yoxdu”.

Sonda onu da qeyd edək ki, əldə etdiyimiz məlumata görə, Cavadov yayda bitəcək müqaviləsini yeniləyəcək. “İnter” komandanın ən sərrast futbolçusuna 2 illik müqavilə təklif edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43