“Oyun baxımından maraqlı bir qarşılaşma oldu. Biz əlimizə düşən qol imkanlarından sitifadə edə bilmədik, ancaq “Qarabağ” bunlardan maksimum istifadə etdi. Bizim səhvlərdən qol vurdular. Onların günü idi. Bizim qol imkanlarımız “Qarabağ”dan daha çox oldu. Ancaq buna baxmayaraq onları yenə təbrik edirəm. Hələ heç nə bitməyib. Xal fərqləri də elə çox deyil”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “İnter”in futbolçusu Vaqif Cavadov deyib.
Sabiq klubu olan “Qarabağ”a 0:2 hesablı yenilgini şərh edən Cavadov Foqtsun millidə daha 2 il qalmasına belə münasibət bildirib:
“Biz çox demişdik ki, Foqts qalsın. Rəhbərlik də qalmasına razı oldu. İnanıram ki, qarşıdakı iki ildə bizə xeyri dəyər”.