“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiyanın “Rubin” klubunu çalışdıra bilər.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Kurban Berdiyevin istefasından sonra boş qalan posta ən real namizəd məhz Syomindir.
Qeyd edək ki, “Rubin”də Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov da çıxış edir.