“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov “Turan Tovuz” oyunu ilə bağlı fikirlərini bildirib.
İdmanxeber.az mütəxəssisin açıqlamasını təqdim edir:
“Çox yaxşı başladıq. Oyun ərzində də üstün tərəf biz idik. Sadəcə “Turan Tovuz” fərdi səhvlərimizdən istifadə edib qapıya 4 zərbə endirdi və qollar vurdu. Ümumilikdə komandadan razıyam. Futbolçularım yavaş-yavaş fiziki cəhətdən daha da yaxşılaşacaq. İstədiyimiz daha da sürətli futbolun şahidi olacağıq. Bugünkü məğlubiyyət məsuliyyətini mən daşıyıram, futbolçuların heç bir günahı yoxdur. Nəzarət bizdə idi. Şanssızlıq məğlubiyyətə gətirib çıxardı”.