Kateqoriyasız

Vaqif Sadıqov: “Rəşad o zaman futboldan gedər ki…”

Dünən AVRO-2016 seçmə mərhələsi çərçivəsində millimiz İtaliyaya məğlub oldu – 1:3

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın nümayəndəsi Vaqif Sadiqov bu matç haqda fikirlərini səsləndirib:

“13 il öncə 3 qat dünya çempionu gəlmişdi. İndi isə 4 qat dünya çempionu ilə oynadıq. Qəbul edirik ki, hədəfi böyük olan komanda gəlmişdi. Nəticə üçün oynayan yığma vardı. Lakin bəzi keyfiyyətlərə görə biz onlarla nəyinki bərabər hətta üstün idik. Topa nəzarət bizim üstünlüyümüz idi. Bu onu göstərir ki yığmamız düz yoldadı və getdikcə inanıram ki, bundan da yaxşı nəticə olacaq. Müsbət tərəfini desək də, mənfini də deməliyik. Rəqib sürətini artıranda problemdən çıxış yolunu tapmağa çətinlik çəkirdik. Öncədən dedim ki, bəzi keyfiyətlərə görə üstələdik. Problemlər var amma uzun strategiyamız var. İldən ilə yığmamız fərqli oyun sərgiləyəcək. İndi problemlərin aradan götürmək yollarını axtaracağıq buna vaxtımız da var istəyimiz də”

Vaqif Sadiqov millinin çatışmayan cəhətləri haqda da danışıb:

“Hesab edirəm ki, topa nəzarət bizdə yaxşı idi. Mövqeli hücuma keçirdik və rəqibin müdafiəsini yarmaqda çətinlik çəkirdik. Hücum təşkilində rəng qatan futbolçuların sayı çox olmalıdı. Rəqibdə meydana sonradan daxil olan futbolçular oyuna ancaq və ancaq rəng qatırdı. Bizə də belə futbolçular lazımdı Ustalıqları yüksək səviyyədə olan futbolçuya ehtiyac var. Bu problemdi. Bunu üçün də görülən işlər də göz qabağındadı. Hal hazırda AFFA-da işləyən insan kimi deyə bilərəm ki, uşaq futbolunun inkişafı üşün kifayət qədər layihəmiz var.

O, Rəşad Sadığov haqda da fikirlərini jurnalistlərlə bölüşüb:

“Bir futbolçu kimi onun bizlə olması ancaq xeyir verir. Onun yanında gənclər də püxtələşə bilər. Ən böyük problemli mövqeyimiz müdafiədi, amma rahatca burda dəyişiklik edə bilmərik. Tələsib qərar vermək olmaz, səbrli olmalıyıq. Rəqabətdə Rəşad güclüdüsə nəyə görə o futboldan getməlidi. Yaşı bizə önəmli deyil. Əsas odu ki, o sağlam rəqabətdə qalib gəlir. Biz həm lider, həm də yaxşı futbolçu itirə bilərik. Bu səbəbdən zamana ehtiyac var Rəşad oynamalıdı. O vaxtki Rəşad özü rəqabətdə kiməsə uduzduğunu hiss edəcək onda düşünmək olar”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43