Dünya futbolu

VAR sistemi ilə bağlı tarixi qərar qəbul edilib

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) video-köməkçi hakim (VAR) sistemi ilə bağlı tarixi qərar qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, VAR-dakı hakimlər mübahisəli epizodlar barədə qərar verdikdən sonra bunu tribunadakı azarkeşlərə və yayım hüququna sahib telekanallara mikrofon vasitəsilə açıqlayacaqlar.

Referilərin VAR hakimləri ilə danışığı isə əvvəlki kimi məxfi saxlanılacaq.

Qayda Mərakeşdə keçiriləcək klublararası dünya çempionatında tətbiq olunacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43